İştirakçılar gələcəyin idarəetmə modelləri, innovasiya ekosistemlərinin qurulması, süni intellektin tətbiqi və dövlət xidmətlərində rəqəmsal transformasiya kimi mövzulara dair nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.
Nümayəndə heyəti tərəfindən proqram iştirakçılarına "ASAN xidmət" modeli barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində "Dubai Future Labs" və "Area 2071" kimi qabaqcıl mərkəzlərin fəaliyyəti ilə tanışlıq olub, innovasiya və dövlət xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


